Azərbaycanda sığorta bazarı böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 580,597 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,8% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 339,866 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 29,2% çoxdur.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 58,5 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 49,7 manat olub.