Elm və Texnologiya

Azərbaycanda TEKNOFEST təşkil olunacaq - Bayraktar açıqladı

“Bu il Aviasiya, Kosmik və Texnologiya Festivalına (TEKNOFEST) Azərbaycandan əvvəlki illərdən daha çox iştirakçı qatılıb”.

ENA.az xəbər verir ki, bunu Türkiyənin “Baykar Teknoloji” şirkətinin texniki direktoru Selçuk Bayraktar TEKNOFEST-in builki təqdimatında deyib.

“Xüsusən Qarabağ zəfərindən sonra iştirak artıb. Azərbaycanlı pilotların idarə etdiyi MIG-29 təyyarələrinin iştirakı ilə İstanbul boğazı səmalarında türk təyyarələri ilə birgə möhtəşəm bir nümayiş gerçəkləşdirildi.

2022-ci ildə Azərbaycanda da TEKNOFEST təşkil olunacaq”, - Bayraktar bildirib.

Qeyd edək ki, “TEKNOFEST-2021” festivalı 21-26 sentyabr tarixlərində İstanbulda baş tutacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)