"Toyota" 140 mindən çox avtomobili geri çağırdı
"Toyota" şirkəti ABŞ-da 143 minə yaxın avtomobili geri çağırıb.
"BI" görə, qərar avtomobillərdə əyləc sistemində və təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.
Geri çağırılma 2018-2019-cu illərdə istehsal olunmuş "Land Cruiser" və "Lexus LX570" avtomobillərinə, eləcə də 2018-2019-cu illərin "Tacoma" pikaplarına şamil edilib.
Həmin qüsurlarla əlaqədar yol qəzalarının baş vermədiyi qeyd olunur.