Atena Group işçi axtarır - VAKANSİYA
Texniki şöbə müdirinin müavini
Vəzifə öhdəlikləri:
• İllik texniki büdcənin hazırlanması
• Büdcənin məbləğlə ifadə edilərək il üzrə aylara bölünməsinin təmin edilməsi
• Təyin edilmiş texniki büdcəyə əsasən sifarişlərin formalaşdırılması
• Avadanlıqların istehsalçı tövsiyyəsi və daxili təyin edilmiş periodlarda texniki qulluğunun vaxtında təşkil edilməsi və izlənməsi
• Avadanlıqların texniki problem səbəbli dayanmalarının analiz edilməsi və önləyici tədbirlərin alınmasının təşkili
• İSO 22000 və Danone FSSİ tələbinə uyğun texniki işlərinin qurulması və həyata keçirilməsi
• Texniki və elektrik ehtiyyat hissələrinin anbar stokunun formalaşdırılması və izlənilməsinin təşkil edilməsi
• Texniki və elektrik bölümünün zəruri sənədlərinin hazırlanması və mütəmadi izlənilməsi
• Təhlükəsiz iş şəraitinin yaradılması (iş əmri, iş icazəsi və s) və tətbiq olunmasının təşkili
• Öhdəsində olan avadanlıq və maşınların düzgün və vaxtında texniki istismarı, planlı ehtiyyat hissələrinin təmin olunmasının təşkili
• Tabeçiliyində olan işçilərin işinin səmərəliliyinin daim ölçülməsi, iş yükünün bərabər paylanılmasını təmin etmək
• Aylıq, rüblük və illik texnik bölüm hesabatlarının hazırlanması, analiz edilməsi və yekun hesabatın üst rəhbərliyə təqdim edilməsinin təmin edilməsi
Namizədə tələblər:
• Ali təhsil (Elektroenergetika və elektrik təchizatı sistemləri; Elektrotexnika və elektrik avadanlığı;Elektrotexnika; Elektronika hər hansı üzrə)
Təcrübə:
• Mexanik, elektrik mühəndisliyi üzrə 3-5 illik iş təcrübəsi
• Şöbə müdiri və ya əvəzləyicisi olaraq minimum 1 illik iş təcrübəsi
• Sahə üzrə müvafiq sertifikatlar
• Məsuliyyətli, komandada və stressli vəziyyətdə işləmək və təşkilatçılıq bacarığı
İş yeri: Ağcabadi rayonu, Ağabəyli kəndi (“Atena” MMC, “Atena Aqro” MMC)
İş şərtləri: Şirkət tərəfindən nahar və korporativ xətt ilə təmin edilir.
İş qrafiki: I-VI
Əmək haqqı: müsahibə əsasında
Tələblərə cavab verən və regionda işləmək imkanı olan namizədlərdən mövzu başlığına vakansiyanın adını qeyd edərək cv@atena.az ünvanına göndərməkləri xahiş olunur.
Qeyd: Yanlız seçilmiş namizədlər 2-ci mərhələ üçün müsahibəyə dəvət edilir.