Sosial iqtisadiyyat

"Azərbaycan İnvestisiya Şirkəti" layihələrlə bağlı müraciəti asanlaşdırıb

İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ) sahibkarlar üçün layihələrlə bağlı müraciət prosedurunu daha da asanlaşdırıb.

ENA.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, AİŞ-in rəsmi internet səhifəsində sahibkar tərəfindən layihə müraciəti forması üçün əlavə bölüm istifadəyə verilib. Sahibkar yeni bölməyə daxil olaraq layihəyə dair əsas sualları cavablandıra, eləcə də biznes planı elektron müraciət forması vasitəsi ilə sürətli şəkildə yükləyə bilər. Qeyd olunan məlumatlar dəyərləndirilir və növbəti mərhələdə sahibkarla əlaqə saxlanılır.

Fəaliyyətində innovativ üsulların tətbiqini, yerli və xarici investorlar, habelə sahibkarlarla əlaqələrin davamlı inkişafını prioritetlərdən hesab edən AİŞ gələcəkdə də bu sahədə təkmilləşdirmə işlərini davam etdirməyi hədəfləyir.

AİŞ ölkə prezidentinin "İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında" 30 mart 2006-cı il tarixli sərəncamı ilə yaradılıb. Ötən ilin ortalarından onun yeni investisiya siyasəti və şirkətin yeni inkişaf strategiyası hazırlanıb, daxili strukturu təkmillləşdirilib. İnvestisiya portfelinin sağlamlaşdırılması, optimallaşdırılması, həmçinin investisiya qaydalarının və və prosedurlarının təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department