Bill Qeytsın İnvestisiya Fondu "Four Seasons" ın nəzarət səhmini satın alır

Amerikalı milyarder Bill Qeytsə məxsus Cascade Investment, Four Seasons otellər şəbəkəsinin nizamnamə kapitalındakı payını 47,5% -dən 71,25% -ə qədər artırıb.
ENA.az TASS -a istinadən xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.
Qəzetin yazdığına görə, müqavilənin dəyəri 2,21 milyard dollardı.