Vakansiyalar

Green Cleaning MMC işçilər axtarır - MAAŞ 800-3000 MANAT

İşə götürən: “GREEN CLEANING” MMC
Vəzifə: “Təmizlik meneceri

Əsas vəzifə öhdəlikləri:

- Şirkətin təmizlik siyasətini formalaşdırır və həyata keçirir.
- Bütün sənədləri , formaları. Prosedurları hazırlayıb yerində tətbiq edilməsini təmin edir.
- Təmizlik kimyasallarının düzgün istifadəsinə nəzarət edir və bu istiqamətdə lazımı tədbirləri həyata keçirir
- Şirkətin SƏTƏM normalarına uyğun olaraq, işlərini planlaşdırır və həyata keçirir.
- İşçilərin Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayyət edilmələrinə məsuliyyət daşıyır.
- İşçilərin Təlim prosesində nailiyyətlərinə daima nəzarət etməlidir.
- Rəhbərliyin tapşırıqlarını yerinə yetirir

Bilməlidir:

- Kimyasallarla istifadə qaydalarını mükəmməl bilməlidir.
- Təmizlik standartlarını və tələblərini
- Təmizlik sahəsində dünya yeniliklərini və tələblərini.

Vəzifəyə olan tələblər:

- Ali təhsil
- Azərbaycan, Rus, İngilis dilləri.
- Kompüter proqramlarını bilməli.
- Ən azı- 5- illik bu sahədə iş təcrübəsi

Əmək haqqı: 1500- 3000

İş haqqında:

Qrafik: həftənin beş iş günü, istirahət günləri həftənin şənbə və bazar günləridir.

Maraqlanan ərizəçilər, mövzu hissəsində "Təmizlik meneceri" qeyd olunmaqla, CV-ni (greencleaning.hr@gmail.com) elektron poçtuna təqdim etməlidirlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

***

İşə götürən: “GREEN CLEANİNG” MMC
Vəzifə: Təmizlik işçisi

ƏMƏK FUNKSİYALARI:

• Müştərilərə mehriban və səmimi şəkildə xidmət göstərmək.
• Gündəlik fəaliyyət ilə bağlı işləri icra etmək.
• Sanitar-gigeynik qaydalara riayət etmək
• Menzillərin, ofislərin və iaşə obyektlərin təmizliyini icra etmək
• İctimai istifadə yerlərini təmizləmək.
• Ona etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə görə cavabdehlik daşımaq.
• Yaranmış problem və ya sualların vaxtında həll edilə bilməsi üçün bu barədə nəzarətçiyə dərhal bildirmək.
• İtirilmiş və tapılmış əşyaların çatdırılması və ya saxlanılması barədə şirkətin siyasətinə və təlimatlarına müvafiq şəkildə riayət etmək.
• Gündəlik təhvil-təslim prosedurlarında, şöbədaxili iclaslarda iştirak etmək.
• Rəhbərlik və ya nəzarətçilər tərəfindən müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

TƏLƏBLƏR:

• Təmizləyici kimi iş təcrübəsinə malik olmaq.
• Kollektivdə işləmək və ünsiyyət qura bilmə bacarığı.
• Detallara diqqətli olmalı
• Davamlı inkişaf və öyrənməyə yönəlməli

Əmək haqqı: 800-1500

Maraqlanan ərizəçilər, mövzu hissəsində "Təmizlik işçisi" qeyd olunmaqla, CV-ni (greencleaning.hr@gmail.com)elektron poçtuna təqdim etməlidirlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

***

İşə götürən: “GREEN CLEANING” MMC
Vəzifə: “Satış Meneceri

Əsas vəzifə öhdəlikləri:

- Müştəri bazasının təhlili və öyrənilməsi;
- Yeni müştəri bazasının yaradılması istiqamətində işləmək;
- İşin inkişafı üçün yerli müştərilərlə sıx əlaqələr qurmaq;
- Potensial müştərilərə keyfiyyətli və maraqlı təkliflərlə cəlb etmək;
- Müştərilərin ehtiyaclarını və işlərini dəqiq bilmək;
- Müştəri bazasını artırmaq məqsədi ilə bazarın müntəzəm təhlilini aparmaq;
- Daimi ziyarətlər, telefon danışıqları və e-poçt əlaqələri ilə yeni və mövcud müştərilərlə əlaqələri saxlamaq və inkişaf etdirmək;
- Rəhbərliyə həftəlik, aylıq və illik performans hesabatlarını təqdim etmək;
- Yeni əlaqələr qurmaq üçün şirkətlərin və müştərilərin müdafiə nümayəndələri ilə görüşlər keçirmək;

Əsas İş Tələbləri və Bacarıqları:

- Rus və Azərbaycan dillərində ünsiyyət qurmağı bacarmalı;
- Problem həll etmə bacarığı.
- Əla təşkilatçılıq, idarəetmə və problem həll etmə bacarıqları.
- Güclü ünsiyyət, şəxsiyyətlərarası və müştəri xidməti bacarıqları.
- Çox vəzifəli, sürətli bir mühitdə işləmək və son tarixləri yerinə yetirmək bacarığı;
- Əla ünsiyyət, satış və müştəri xidməti bacarıqları.
- Satış sahəsində rəhbər vəzifədə azı 3(üç) il iş təcrübəsi

Əmək haqqı 1500- 3000

İş haqqında:

Qrafik: həftənin beş iş günü, istirahət günləri həftənin şənbə və bazar günləridir,

Maraqlanan ərizəçilər, mövzu hissəsində "Satış meneceri" qeyd olunmaqla, CV-ni ( greencleaning.hr@gmail.com )elektron poçtuna təqdim etməlidirlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

***

İşəgötürən: “GREEN CLEANİNG” MMC
Vəzifə: Təmizlik işləri üzrə nəzarətçi

Əsas vəzifə öhdəlikləri:

• Tabeciliyində olan ərazilərin təmizlik işini təşkil etmək.
• Təmizlik işlərinin vaxtında və keyfiyyətli görülməsini təmin etmək.
• İş bölgüsünün təmizlik işçiləri arasında düzgün bölgüsünü təşkil etmək.
• Təmizlik işinin gündəlik,həftəlik və aylıq qrafikinə uyğun aparılmasına nəzarət etmək.
• Kimyəvi maddələrin düzgün istifadəsinə nəzarət etmək.
• Şirkətə məxsus avadanlıq və maşınların düzgün istəfadəsinə nəzarət etmək.
• İşçi personalının təhlükəsizliyini təmin etmək.
• Təmizlik işi gördüyü ərazinin rəhbərliyi ilə daimi olaraq əlaqəda olmaq.
• Təyin olunmuş toplantı, təlimlər və görüşlərdə iştirak etmək.
• Təmizlik işinin inkişafı üçün Layihə Menecerinə öz təkliflərini vermək
• Layihə Menecerinin verdiyi tapşırıqları vaxtında əməl etmək.
• Baş vermiş neqativ hallar, insidentlər, digər şəxslərin hərəkətləri və ya başqa şirkətin siyasətinə və missiyasına aid olan məsələlər barədə Layihə Menecerini məlumatlandırmaq (yazılı və ya şifahi)
• Görülən işlər haqqında Layihə Menecerinə gündəlik məlumatlar vermək.

Əsas tələblər:

• Ali təhsilli
• İdarə etmə və təmizlik işinin təşkili sahəsində ən azı 2 il təcrübəyə malik olması
• Yaş həddi 25-40
• Komanda da işləmə bacarığı
• İşçi qüvvəsini idarə etmə bacarığı
• Ünsiyyət qurma bacarığı
• Təmizliyə aid olan kimyəvi maddələr və avadanlıqlar haqqında biliklərə sahib olması
• Səhər və axşam növbələrində işləmə bacarığı
• Təşkilatçlılq, operativlik

Əmək haqqı: 800- 1500

Maraqlanan ərizəçilər, mövzu hissəsində "Təmizlik işləri üzürə nəzarətçi" qeyd olunmaqla, CV-ni (greencleaning.hr@gmail.com) elektron poçtuna təqdim etməlidirlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

***

İşə götürən: “GREEN CLEANİNG” MMC
Vəzifə: Marketinq üzrə menecer

Əsas vəzifə öhdəlikləri:

- Şirkətin uğurlu inkişafı üçün marketinq siyasətini qurub həyata keçirmək, şirkət üçün qısamüddətli və uzunmüddətli inkişaf strategiyasını hazırlamaq; təhlillər əsasında şirkətin güclü və zəif tərəflərini müəyyən etmək;
- Biznesin inkişafı istiqamətində bazarı daim təhlil etmək, rəqib şirkətlərin fəaliyyət strategiyasını izləmək;
- Şirkətin tanıdılması istiqamətində fəaliyyət planını hazırlamaq;
- Şirkətin hədəf auditoriyasını təhlil etmək;
- Müştəri bazasını möhkəmləndirmək və genişləndirmək;
- Şirkətin (Təmizlik və dizinfeksiya üzrə) xidmət sistemini təkmilləşdirmək üçün təkliflər irəli sürmək;
- Marketinq kampaniyalarının, aksiyaların və tədbirlərin keçirilməsi istiqamətində aylıq fəaliyyət planlarını hazırlamaq;
- Problemli məhsullarla bağlı tədbirlər görmək;
- Şirkətin vizual dizaynına nəzarət etmək, müştəri və şirkətin maraqlarına uyğun olaraq təkmilləşdirmək;
- Şirkətlə bağlı yayılan və dərc olunan məlumatları,“press reliz”ləri, KİV və sosial medianı daim nəzarətdə saxlamaq;
- Marketinq komandasını idarə etmək;
- Şirkətin rəsmi saytını daim nəzarətdə saxlamaq və təkmilləşdirmək.

Əsas tələblər:

• marketinq sahəsində rəhbər vəzifədə azı 3(üç) il iş təcrübəsi;
• marketinq, menecment və yaxud yaxın sahə üzrə ali təhsil;
• marketinqin əsasları üzrə bilik və bacarıqlar;
• analiz etmək qabiliyyəti;
• yüksək şifahi və yazılı komunikasiya bacarığı;
• peşəkar idarəetmə bacarığı;
• düzgün planlaşdırma və vaxtını idarə etmə bacarığı;
• kreativlik və yaradıcılıq

Əmək haqqı: 1500- 3000

İş haqqında:

Qrafik: həftənin beş iş günü, istirahət günləri həftənin şənbə və bazar günləridir.

Maraqlanan ərizəçilər, mövzu hissəsində "Marketinq üzrə menecer" qeyd olunmaqla, CV-ni (greencleaning.hr@gmail.com ) elektron poçtuna təqdim etməlidirlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department