Məktəblərlə bağlı qərar sabah açıqlanacaq

Azətrbaycanda pandemiya dövründə yeni tədris ilində təhsilin təşkili ilə bağlı qaydalar hazırlanıb.
Tədrisin təşkili qaydası sentyabrın 7-də ictimaiyyətə təqdim olunacaq.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, nazir Emin Əmrullayev təhsil müəssisələrində yeni tədris ilinin təşkili ilə bağlı sualları cavablandıracaq.