Bank

Fintex həlləri tətbiq etməyən banklar qaçılmaz olaraq bazar payını itirəcək!

Bank Respublikanın İdarə Heyətinin sədr müavini Elnur Həsənovla müsahibə

Azərbaycanın bank sektoru getdikcə rəqəmsal tranformasiyaya uğrayır və əsas vektor qismində fintex şirkətləri ilə ortaqlıqlar qurmağa və ortaq layihələr həyata keçirməyə başlamaları aydın görünür. Bu tərəfdaşlıq platformalarından biri Açıq API (Open API) əsaslı Açıq Bankçılığın (Open Banking) inkişafı oldu. Ban Respublika hal-hazırda Azərbaycanda bank xidmətlərini inkişaf etdirmək üçün bu texnologiyanı tətbiq etmiş yeganə və ilk bankdır. 

Bank bu yaxınlarda onlayn ödəmələr sahəsində lider olan Hesab.az onlayn xidmətlər platforması ilə birgə fintex sahəsində bir ilkə imza atıb. Belə ki, artıq Bank Respublika müştəriləri Hesab.az onlayn ödəniş platforması üzərindən Open Banking xidməti sayəsində öz şəxsi hesablarını izləmək və hesab tarixçələrini nəzərdən keçirmək imkanı əldə edəcəklərBu yenilik ilə Bank Respublika müştəriləri sadəcə banka aid rəqəmsal platformalar vasitəsilə deyil, eləcə də Banka aid olmayan platforma vasitəsilə tam təhlükəsiz öz hesabları haqda məlumat ala biləcəklər. Bank sektorunda olna bu yeniliklə bağlı müştərilər arasında bir çox suallar yaranıb. Open banking necə işləyir və yerli bank sektorunda onun gələcəyi mövzusunda Bank Respublikanın İdarə Heyətinin sədr müavini Elnur Həsənovla danışdıq.

Elnur müəllim, Open Banking/Open API nədir?

Open Banking termininin hərfi tərcüməsi Açıq Bankçılıq deməkdir, lakin mən buna – SƏRBƏST BANKÇILIQ deyərdim. Open API, digər tərəfdən, proqram interfeysləri vasitəsi ilə bankdan üçüncü tərəflər üçün məlumat əldə etmək prinsipini göstərən bir termindir. Beləliklə, sərbəst bankçılıq, müştəri məlumatlarının, müştərinin sorğusu əsasında, bankın proqram interfeysləri vasitəsi ilə bank olmayan bir şirkət tərəfindən hazırlanmış kənar tətbiqinə ötürülməsi və qəbul edilməsidir.

Məsələn, bir gəncin bir bankda maaş kartı, digərində hesabları və fəaliyyəti, üçüncüsündə isə həyat sığortası, kredit xətti var. Üstəlik, o deyək ki, “Mənim Büdcəm” adlı bir tətbiqdən də aktiv istifadı edir Bu ilkin məlumat toplusunu idarə etmək üçün həmin müştəri üçün hansı manipulyasiyaları həyata keçirməsini siz yəqin təsəvvür edə bilərsiz.

Sərbəst bankçılıq isə – bir proqram daxilində kart, hesab, kredit, əmanət və sizin üçün ən uyğun tətbiqdən kənara çıxmadan məlumat almaq və əməliyyatlar aparmaq imkanlarını birləşdirir. Ən əsası, bankı dəyişdirməyinizə ehtiyac yoxdur, həmin bankların sizin üçün əlverişsiz olan və ya bir tətbiqə bağlı olan tətbiqlərindən istifadə etmək, yüksək komissiyalar ödəmək və zəif funksionallıqla məhdudlaşmağa gərək yoxdur, çünki bazarda daha rahat və funksional həllər mövcuddur. Başqa sözlə, bizim gənc ən sevimli (hazırda) tətbiqi vasitəsi ilə bütün banklardan tələb olunan məlumatları əldə edə bilər, büdcəsini izləyə və bu tətbiqdən kənara çıxmadan köçürmələr və ödənişlər edə bilər və bir müddət sonra bu proqramı daha da yaxşısına dəyişə bilər. 

Bəzi tarixi və texniki məlumatlar.

Qeyd edilən məlumatın ötürülməsi və qəbulu API və ya Application Programming Interface vasitəsilə həyata keçirilir. APİ -“Tətbiq proqramlaşdırma interfeysi” – kompüter proqramlarının bir -biri ilə ünsiyyət qurması və qarşılıqlı əlaqədə olması, hər hansı bir hərəkətə başlamaq üçün əmr və sorğu / cavablar toplusudur.

Open banking trendi isə Avropada 2010 -cu ildən bank məlumatlarının açıqlanmasını dəstəkləyən və Almaniyanın ən böyük bankları tərəfindən dəstəklənən Open Bank Project şəklində ortaya çıxdı. Hal-hazırda Avropada PSD2 ödəniş direktivinə əsaslanan bir neçə standard var, bu isə fikrimcə, bankların işinə qeyri-müəyyənlik gətirib. İngiltərədə isə 2015 -ci ilin sentyabr ayında, hökumət orqanlarının dəstəyi ilə, standartları dəqiq şəkildə təyin edən, çox kiçik texniki detalları rəsmiləşdirən və hətta bazarın iştirakçılarını qeydiyyata alan Open Banking Standard təşəbbüsü başladıldı. Yəni, bu sahədə iştirak etmək istəyən fintex şirkətləri müvafiq lisenziyalar əldə edə bilərlər.

Yuxarıda qeyd edilən və 2015-ci ildə qəbul edilən PSD2 (Payment Services Directive) ödəniş direktivi, 2020-ci ilin sentyabr ayından etibarən Avropadakı banklar üçün məcburi hala gəldi. Nəticədə Avropa banklarından API-lərini üçüncü tərəf maliyyə xidməti təminatçılarına açmaq tələb olunur.

Hesab.az ilə yerli bazarda bu yanaşmaya əsaslanan bir həll başlatdığınızı bilirik. Azərbaycanda Açıq API ilə bağlı ümumi vəziyyət necədir? 

Bankımız adından bu yolda ilk addımı atan hər iki komandaya bir daha təşəkkür etmək və müştərilərimizə maliyyə xidmətləri sahəsində ən yaxşı müştəri təcrübəsini təqdim etməkdə uğurlar arzulayıram.
Həyata keçirdiyimiz layihə, müştərilərimizə bank hesabları haqqında məlumatı birbaşa olaraq, tərəfdaşımızın veb saytı və ya tətbiqi vasitəsilə almağa imkan verəcək. Bu layihə Quantum.az portalının Open Banking imkanlarının yalnız kiçik bir hissəsinin həyata keçirilməsidir. Hazırkı formada, portal vasitəsilə hesabın mövcudluğu haqqında məlumatdan tutmuş, göstərilən hesabdan birbaşa əməliyyatın həyata keçirilməsinə qədər 12 funksiya aktivdir.

Bizə məlumdur ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı Open Banking yanaşmasının tətbiqi istiqamətində aktiv çalışmaqdadır. Xüsusilə, Mərkəzi Bankın Baş direktoru Fərid Osmanovun fəal iştirakı ilə, Ani Ödənişlər Sistemi tətbiqindən sonra tənzimləyici bütün banklar üçün, Open Banking platformasının hazırlanması üzərində işləyir. Yəni, banklar son 5 ildə bizim keçdiyimiz yolu keçməli olmayacaq və sadəcə bu platformaya qoşulmaqla dərhal üçüncü tərəflərə Open API xidmətləri təqdim etmək imkanı əldə edəcəklər. Həmçinin, hazırda Mərkəzi Bank tərəfindən hazırlanan “Open Banking üzrə Yol Xəritəsi” 2021-2025-ci illərdə sözügedən yanaşmanın tətbiqi istiqamətində icrası həyata keçirilməsi tələb olunan tədbirləri ehtiva edəcəkdir. Eyni zamanda, bu dövrdə Open Banking yanaşması nəzərə alınmaqla, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində müvafiq fəaliyyət həyata keçiriləcəkdir. Bu isə, yaxın gələcəkdə maliyyə xidmətləri bazarının inanılmaz inkişafına təkan verəcək.

Biz, bank üçün digər daha vacib proseslər səbəbiylə təqdim edə bilmədiyi və müştərilərə çox maraqlı həllərin və təkliflərin inkişafını müşahidə edə biləcəyik. Məsələn, hesab açmaq, kredit almaq, məlumatları təhlil etmək, xərcləri optimallaşdırmaq, vergi yükünü azaltmaq, maliyyə uçotunu asanlaşdırmaq, kredit yükünü optimallaşdırmaq, təklifləri fərdiləşdirmək, ödəniş prosesini asanlaşdırmaq və avtomatlaşdırmaq və sair bu kimi həllər ola bilər. Azərbaycan Fintex Assosiasiyasının yaradılması və Mərkəzi Bankla fəal əməkdaşlığı isə bu istiqamətin ortamüddətli perspektivdə inkişafına inanmağa əsas verir.

Bank Respublika-nın bu istiqamətdəki növbəti layihəsi, Akhundoff şirkətinin Portmanat.az portalı ilə çox maraqlı bir inteqrasiyanı görürük. Layihə, bu provayderin rəqəmsal cüzdan sahiblərinə, cüzdanları ilə bank hesabları arasında birbaşa portalın özündə hər iki istiqamətdə vəsait köçürməsinə imkan verəcək. Bu layihə iki ildən çoxdur davam edir və xüsusilə tərəfdaşımız tərəfindən müştəri identifikasiyası (KYC) və çirkli pulların yuyulmasına qarşı mübarizə (AML) prosesərinin kifayət qədər güclü modernləşdirilməsini tələb edirdi və onlar şərəflə bu işin öhdəsindən gəldilər.

Açıq Bankçılıq API -nin Fürsətləri və Faydaları?

Open Banking imkanlarını anlamaq üçün yuxarıda göstərilən ödəniş direktivi baxımından maliyyə xidməti təminatçılarını kateqoriyalara bölmək yanaşmasından danışmaq istərdim. PSD2, Açıq API-nin üçüncü tərəf rolunda iştirak edən iki kateqoriyanı müəyyən edir: AISP (Account Information Service Provider) və PISP (Payment Initiation Service Provider). 

Belə ki, AİSP (Hesab üzrə məlumat xidməti təchizatçısı ) – adından göründüyü kimi bank müştərilərinin bank hesabları haqqında hesabın detalları, valyutası, qalığı, əməliyyatları və s. kimi tələb olunan məlumatı əldə etməyə imkan verən üçüncü tərəfdir.Bu həmin bazar iştirakçılarıdır ki, qeyd olunan məlumatlar müştərilərinə büdcə yaratmaq və saxlamaq, xərcləri optimallaşdırmaq, satınalmalarla bağlı tövsiyələr vermək, bir neçə bankın hesablarını birləşdirmək və daha çox xidmətlər göstərmək üçün kifayətdir. Bunlar ən çoxsaylı iştirakçı tipidir, çünki KYC və AML kimi siyasətlərin ciddi tələblərinin tərəfdaş banklar tərəfindən təmin olunur.

PISP (Ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti təchizatçısı) – ödəmə imkanı sorğusunu göndərən, balansdakı qalıq haqqında məlumat tələb edə bilən və ən əsası müştərinin hesabına və ya hesabından ödəniş tapşırığinı icra edən maliyyə bazarı iştirakçısıdır. Bu təchizatçılar ən sərt məlumat təhlükəsizliyi tələblərinə və yuxarıda göstərilən müştəri məlumatlarına və çirkli pulların yuyulmasına qarşı mübarizə siyasətlərinə uyğun olmalıdır. Nəticədə, PISP müştərilərə hesablara ödənişlər, köçürmələr və kreditlər ilə bağlı xidmətlər göstərə bilər.
PISP və AISP arasındakı fərqi “oxumaq-yazmaq” rejiminin “yalnız oxumaq rejiminə qarşı kimi ifadə etmək olar.

İndi faydalar haqqında. Müştərilər üçün üstünlüklər danılmazdır – seçim azadlığı, rahatlıq, səmərəlilik, çoxsaylı imkanlar və funksionallıq, əvvəllər fərqli mənbəələrdə olan məlumatları bir tətbiqdə birləşdirmək, məlumatları eksport və import etməyə məcbur olmamaq, təklifləri müqayisə etmək fürsəti və sair. Daha geniş imkanlar barəsində isə fintex şirkətləri ilə məhsulumuzu təkmilləşdirmək üzərində işləyərkən düşünərik.

Həmin şirkətlərin faydaları aydın görünür. Ölkə bazarında 10-15 ildir fəaliyyət göstərən şirkətlər, müştərinin özünün mütləq razılığı olduqda belə, müştəri məlumatlarına birbaşa əldə edə bilməmişlər. Müştərilər fintex tətbiqinə yükləmək üçün bank tətbiqlərindən məlumat yükləmək məcburiyyətində qalırdılar. Açıq API-dən istifadə etdikdə, müştəri tərəfindən icazə verilən bütün məlumatları fintex şirkəti əldə edə biləcək və hesabları ilə əməliyyatlar apara biləcəklər ki, bu imkan da hələ də onlara çox inannılmaz səslənir. Maliyyə xidmətlərinin təkamülünün bu mərhələsinə hazır olan fintex şirkətləri və banklar dövrü öz qədəmlərini qoyur.

Belə banklar üçün faydalar bir neçə istiqamətdə olacaq. Müştəriləri qoruyub saxlamaqdan başlayaraq yenilərini cəlb etməyə qədər, bu həll bazarda (hələlik Azərbaycan bazarında, lakin tezliklə beynəlxalq bazarda) müasir populyar həllər ilə inteqrasiyaların sayına görə müştəri bazasının genişləndirilməsi barədə danışmağa imkan verəcək. Banklar, böyük xərc etmədən komissiya və əməliyyatlar üzrə qazanc əldə etməklə yanaşı digər daha gəlirli əməliyyatlar və məhsullar üçün bütün kanallarını azad edəcəklər. Fintex şirkətləri ilə davamlı işləmək və onların işini izləmək – ideyaların inkişafına, yeni məhsulların yaradılmasına, yeni kadrların və hətta bütöv komandaların banklara cəlb olunmasına kömək edəcək. Fintex şirkətləri ilə növbəti, daha yüksək səviyyəli əməkdaşlıq mərhələsini, bankın tədricən eyni şirkətə çevrilməsində görürəm. Bu, bütün səviyyələrdə yanaşmanın daha çox sahibkarlıq və müştəri yönümlü bir mədəniyyətə çevrilməsi deməkdir.

Open Banking bank sektoruna necə təsir edəcək?

Bəli, bu mövzuda müxtəlif fikir ayrılıqları mövcuddur. Banklara təsiri ilə bağlı şübhə və ziddiyyətli fikirləri qeyd etməyə bilmirəm. Bir çox bankirlər, Open Banking-in tətbiqini ölkənin bütün bank sektoru üçün potensial güclü bir təhlükə kimi görür və çox ehtiyatlanır. Bəzi bankların bu fürsətdən istifadə etməyə gec qalacağı, hətta ümumiyyətcə tətbiq etməyəcəyi və nəticədə aparıcı banklara manevr üçün və müştəri cəlb etmək üçün daha çox vaxt verməsi məni sevindirir. Ciddi desək, fintex həlləri ilə inteqrasiya və əməkdaşlıq təmin edə bilməyən banklar qaçılmaz olaraq bazar payını itirəcək. Tezliklə, biznesi 5 il bundan əvvəl effektiv olan yanaşma ilə davam etmək mümkün olmayacaq. Millennialların, ağıllı telefonlar və planşetlərlə böyüyən nəslin, müştərilərimiz kateqoriyasına keçməsi, vərdişlərinə və gözləntilərinə uyğun düşünməyi və həmçinin hərəkətə keçməyi tələb edir.

Tənzimlənən maliyyə qurumlarının qaçılmaz ləngiməsi, bankların daim yeni yaradılan şirkətlərə yer verəcəyi əsas amillərdən biridir. Fintex şirkətləri ilə əməkdaşlıq isə , bankların ətalətini əhəmiyyətli dərəcədə azalda bilər və birgə həllərə əsaslı dinamika vermək iqtidarındadır.

Avropada tətbiq olunan əsas prinsiplərdən biri belə səslənir – müştərinin bank məlumatları bankların deyil, müştərinin mülkiyyətidir və müştəri bu məlumatı öz mülahizəsinə görə sərəncam vermək hüququna malikdir. Mərkəzi Bank tərəfindən bu məlumatların üçüncü tərəfə ötürülməsi üçün standartların tətbiqi müştəriləri kifayət qədər seçim azadlığı təmin edərək banklardan asılılıqdan azad edəcək.

Bank sektoru özünü yeni oyunçuların daxil olmasına hazırlamalıdır. Bu cür həllərin bazara girməsinin qarşısındakı maneələr azalır və azalmaqda davam edəcək. Həmin həllərə açıq olanlar qalib gələcək. 

Bəs, Açıq API istiqamətində bank tərəfindən hansı işlər görülüb?

Rəqəmsal kanalların inkişafı Bank Respublika -nın strateji prioritetlərindən biridir. Onlayn xidmətə tələbatın artdığını görürük və həmin tələbatı qarşılamağa çalışırıq. Bu istiqamətdə ən vacib amil yuxarıda qeyd olunanları reallaşdıran bir komanda qurmaqdır.

Səhmdarların fəal dəstəyi ilə, qarşısına vəzifələr qoymağı və onları optimal vaxtda həll etməyi bacaran, fəal və mütərəqqi gənclərdən ibarət böyük bir komanda toplaya bildik. Son iki il ərzində yeni bir məlumat mərkəzinin qurulmasından, müasir server avadanlıqlarının alınmasından, idarəetmə sistemlərinin tətbiqindən, DevOps həllərinin, mikroservis arxitekturasından başlayaraq öz məhsullarımızı işləyib hazırladiq, bankın İT infrastrukturunu kökündən dəyişdik, mobil tətbiq, İnternet bankçılıq və Quantum.az platformasının Open Banking kimi daxili və front sistemləri yaradıldı. Görülən işlərin əksəriyyəti, inkişaf etdirmə sürətini artırmaq və nəticədə məhsulların bazara çıxma müddətini azaltmaqla, ən müasir və miqyaslı yanaşmaları tətbiq etməyə imkan verən open-source həlləri üzərində qurulmuşdur.

Quantum.az bir platforma olaraq, 2019 -cu ildən etibarən, bu sahəni araşdırmaq və uyğun məhsullar yaratmaq üçün bir sahə olaraq Innoland ilə əməkdaşlıq edən kiçik startaplara təqdim etdiyimiz vaxtdan hazırdır. Bu müddət ərzində qazanılan çox faydalı təcrübə heç bir maddi həll ilə nəticələnməsə də, ancaq bazarımızda fəaliyyət göstərən və öz növbəsində banklara girməkdə maraqlı olan şirkətləri göstərdi.
‌Bu müddət ərzində hansısa ortaq bir həll əldə edilməsə də, qazanılan çox faydalı təcrübə bizi bazarımızda fəaliyyət göstərən və öz növbəsində banklara çıxış axtarmaqda maraqlı olan şirkətlərə yönəltdi. Beləliklə, daha əvvəl məlumat verdiyim Axundoff şirkəti ilə platformamızın mənbələrindən (məlumatdan ödənişlərə qədər) tam istifadəni nəzərdə tutan bir layihəyə başladıq. Bu layihənin qanunvericilikdən qaynaqlanan mürəkkəbliyini və digər şirkətlərin marağını nəzərə alaraq, tərəfdaşımıza bu funksiyadan istifadə etməklə birbaşa təcrübə verməyimizə imkan verəcək bir qədər qısa imkanı olan layihə versiyasını başlatmağa qərar verdik. GoldenPay komandası lazımi işləri tez və səmərəli şəkildə tamamladı və Open Banking dövrünün ilk mərhələsi olaraq Hesab.az portalında müştərinin hesabı haqqında məlumat ala bildik.

Bu andan etibarən şəxsən mənim üçün yeni dövr başladı, çünki Open Banking haqqında ilk eşitdiyim və ideyaya vurulduğum gündən bəri həm bankımızda, həm də bank və texnoloji cəmiyyətdə dəyanmadan təbliğ etdim və real müştəriyə ilk xidməti göstərə biləcəyimiz anı gözlədim. Həmin an gəldi. İndi isə, mövcud və gələcək tərəfdaşlar üçün imkanları genişləndirməyin vaxtı gəldi və mən fintex bazarının aparıcı oyunçularının press -relizimizi dərc etdikdən dərhal sonra bunun həyata keçirilməsində və genişlənməsində iştirak etmək istədiklərini bildirdiklərindən məmnunam. Mərkəzi Bankın bu istiqamətdə atdığı addımlarina nikbin baxırıq və əminik ki, tezliklə bankların və fintex şirkətlərinin birgə işi müasir çağırışlara cavab verən qanunvericiliyə əsaslanacaq. Mərkəzi Bank həmkarlarımıza bu sahədə uğurlar arzulayırıq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department