MALİYYƏ

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 7 milyard dolları keçdi

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il sentyabrın 1-nə 7 milyard 042,6 milyon ABŞ dolları təşkil edib.

ENA.az quruma istinadən xəbər verir ki, bu, bu il avqustun 1-i ilə müqayisədə 8,4 % çoxdur.

AMB-nin valyuta ehtiyatları son 1 ildə isə 8,6 %, ilin əvvəli ilə müqayisədə isə 10,6 % artıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department