Şuşada 25 yaşayış binası inşa olunacaq
Şuşada dünən təməli qoyulan yeni yaşayış kompleksində birinci mərhələdə 25 yaşayış binasının inşası nəzərdə tutulur.
ENA.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Şuşada Vaqif Poeziya Günlərinin rəsmi açılışında çıxışı zamanı deyib.
“Birinci mərhələdə orada 25 yaşayış binasının inşası nəzərdə tutulur, üç, dörd və beşmərtəbəli yaşayış binaları ki, vətəndaşlar artıq Şuşaya qayıtmağa başlasınlar.
Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Həm qrup-qrup gəlirlər, öz doğma şəhərinə, şəhərini ziyarət edirlər. Eyni zamanda, burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilir. Beləliklə, biz Şuşanı yenidən dirçəldəcəyik”, - deyə dövlət başçısı vurğulayıb.