Neft bahalaşır
Brent nefti son iki həftədə qiymət itkisini bərpa edərək yenidən 72 dollar/barrelə çatıb. Sonuncu dəfə neft bu qiymətə 12 avqusta qeydə alınmışdı. Amma günlük müqayisədə eniş müşahidə edilir.
ENA.az Bloomberg-ə istinadən xəbər verir ki, Brent markalı xam neftin bir barreli Londonun ICE birjasında oktyabr fyuçersləri 71.90 dollar təşkil edib.
WTI markalı xam neftin Nyu-Yorkun NYMEX birasındakı qiyməti isə 67.89 dollar/barrel təşkil edib.