TURİZM

“Excelsior Hotel”in baş direktoru dəyişib

Hazırda “PMD Hospitality” MMC-nin idarəetməsində olan hotelin rəhbəri dəyişib, kapitalı 2.7 dəfə böyüdülüb.

ENA.az Banker.az-a istinad'n xəbər verir ki,, 5 ulduzlu “Excelsior”un idarə edici şirkəti “Excelsior Hotel” MMC-nin Baş direktoru  Cəmilə Şəfiyeva İbrahim qızı vəzifəsindən azad edilib.

Onun yerinə Elvin Rəhimov Fazil oğlu təyin edilib.

E.Rəhimov buna qədər “PMD Hospitality”nin “Naftalan Qashalti Hotel”də Maliyyə meneceri kimi çalışırdı.

Digər önəmli məsələ isə Bakının Heydər Əliyev prospeltində yerləşən “Exvelsior Hotel”in nizamnamə kapitalının 2.73 dəfə artırılmasıdır. Şirkətin avqusta qədər nizamnamə kapitalı 100 min manat olaraq rəsmləşdirildiyi halda, bu hazırda 273 min manata qaldırılıb.

“Excelsior Hotel” MMC şirkəti 2019-cu ildə yaradılıb. Bu tarixdən etibarən “PMD Hospitalty”nin idarə etməsinə keçib. Buna qədər isə hotel özü “Ata Holdinq”in idarəetməsində idi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)