ENA+

Taliblərin gəlir mənbəyi açıqlanıb

“Financial Times” taliblərin gəlir mənbələrini açıqlayıb.

ENA.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Verilən məlumata görə, son 20 ildə silahlılar nəinki narkotik ticarəti ilə məşğul olublar, onlar həmçinin “parazitar kölgə administrasiya” idarəsi ilə məşğul olublar.

Qəzetin yazdığı kimi, taliblər gəlirin əhəmiyyətli hissəsini opium, heroin və metamfetamin satışından əldə edirlər. Lakin daha böyük qazanc onlara yanacaq və siqaret satışına qoyulan qeyri-qanuni vergilər gətirir. Bununla yanaşı, terrorçular təbii sərvətlərin qanunsuz şəkildə çıxarılması ilə məşğuldurlar.

Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra “Taliban” dövlət işçilərinə əməkhaqqının ödənilməsi və ümumilikdə, dövlət qurumlarının fəaliyyətinin bərpa edilməsi problemi ilə üzləşib. Nəşr əfqanların ölkənin keçmiş prezidenti Əşrəf Qaninin hökumətdəki korrupsiya səbəbindən talibləri dəstəkləyidiyini yazır.

“Taliban”ın rəsmi nümayəndəsi Zabihullah Mücahid daha əvvəl bildirib ki, təşkilat narkotik qaçaqmalçılığından əl çəkmək və ölkənin “iqtisadiyyatını canlandırmaq” niyyətindədir. Bununla yanaşı, Zabihullah Əfqanıstanın narkotik əvəzinə “başqa məhsullara” sahib olması üçün beynəlxalq birliyin onlara kömək etməli olduğunu söyləyib.

“Əfqanıstan xalqı köməyə ehtiyac duyacaq, çünki taliblər bürokratiyası ilə işləmək asan olmayacaq”, – deyə o əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)