Qeyri-Bank

Neft Fondu əlində qalan 727 milyon dolları necə satacaq? - RƏSMİ AÇIQLAMA

Azərbaycan banklarının valyuta hərracında aldıqları dolların həcmi azalıb. Nəticədə hərraca dollar çıxaran Azərbaycan Dövlət Neft Fondu (ARDNF) gözləniləndən 727 milyon ABŞ dolları daha az satıb. Nəzərə alsaq ki, Fond həmin valyutanı hərraca çıxarıb manat almaqla büdcə qarşısında olan öhdəliyini yerinə yetirir, maraqlıdır ki, dolları satmaq üçün başqa alətdən istifadə edirmi? ENA.az-ın sualına cavab olaraq Fond aşağıdakı açıqlamanı təqdim edib. 

 

- ARDNF büdcə öhdəliyini yerinə yetirmək üçün əlindəki xarici valyutanı necə realizə edir? Hərracdan başqa hansısa əlavə satış vasitələrindən istifadə edirmi?  Plan üzrə büdcəyə ödənişlər hansı həcmdə realizə olunub və ilin sonuna proqnozunuz necədir? 

- ARDNF illik əsasda təsdiq olunan büdcəsi çərçivəsində milli valyutada olan öhdəliklərini yerinə yetirmək məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının təşkil etdiyi valyuta hərraclarında iştirak edirək və hərraclarda tələbə uyğun olaraq valyuta satışı həyata keçirərək əvəzində milli valyuta əldə edir, hansı ki öz növbəsində ARDNF-nin manatla olan öhdəliklərinin icrasına sərf olunur. Qeyd olunmalıdır ki, bu ARDNF-nin büdcə öhdəliyini yerinə yetirmək üçün həyata keçirdiyi yeganə vasitədir.

İlin əvvəlində cari ilin ilk 7 ayı üçün (yanvar-iyul) valyuta hərraclarında  3,955 milyon ABŞ dolları həcmində valyuta satışı proqnozlaşdırılsa da, həmin tarixlərdə hərraclardakı tələbə uyğun olaraq, gözləniləndən 727 milyon ABŞ dolları daha az – 3,227 milyon ABŞ dolları həcmində valyuta satışı həyata keçirib. Lakin buna baxmayaraq cari ilin qalan 5 ayı ərzində (avqust-dekabr) büdcədə milli valuyta ilə olan gözlənilən ödənişlərin tam icra olunması və buna uyğun olaraq 3,553 mliyon ABŞ dolları həcmində valyutanın satışı proqnozlaşdırılır.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)