MALİYYƏ

Maliyyə Nazirliyindən dövlət borcu ilə bağlı açıqlama

01 iyul 2021-ci il tarixi vəziyyətinə əməkdaşlıq etdiyimiz müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində Azərbaycan Respublikasının birbaşa xarici dövlət borcu 7 milyard 839 milyon ABŞ dolları və ya 2021-ci il üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 16.6 faizini, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 764.4 milyon ABŞ dolları və ya ÜDM-in 1,6 faizini təşkil etməklə, ümumilikdə xarici dövlət borcu 8 milyard 603.4 milyon ABŞ dolları (14 milyard 625.7 milyon manat) və ya ÜDM-in 18.2 faizini təşkil etmişdir.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan ibarətdir.

01 iyul 2021-ci il tarixinə birbaşa daxili dövlət borcu 2 milyard 495,2 milyon manat və ya ÜDM-in 3.1 faizini, dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklər isə 231.1 milyon manat və ya ÜDM-in 0.3 faizini təşkil etməklə, daxili dövlət borcu 2 milyard 726.3 milyon manat və ya ÜDM-in 3,4 faizini təşkil etmişdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department