“AZZA”nın rəhbəri istefa verib
Azərbaycanda şirniyyat evi “AZZA”nın yeni rəhbəri təyin edilib.
Şirkət yarandığı gündən ona rəhbərlik edən Rəhman Abdurəhmanov Əmrah oğlu istefa verib. “AZZA”nın əsası 2008-cı ildə qoyulub və şirkətə R.Abdurəhmanov həmin tarixdən İdarə Heyətinə sədr təyin edilib.
Bildirilir ki, bundan sonra “AZZA” qapalı səhmdar cəmiyyətinə Rüstəm Gərəkməzli İsa oğlu bundan sonra bu postu tutacaq.
“AZZA” 2019-cu ilin üçüncü rübündə səhmdar cəmiyyətə (əvvəl MMC idi) çevrildiyi açıqlamışdı. Şirkətin 7 566 098 manat nizamnamə kapitalı vardır. “AZZA”nın rəsmi səhifəsində qeyd edilir ki, 3 istehsalat sexi, 200 ticarət markası, 85 mağazası və 1000-dən çox işçisi var.