Bank

Yelo Bank-dan Onlayn “PİN SET” xidməti  

Yelo Bank xidmətlərini rəqəmsallaşdırmağa davam edir. Artıq yeni Yelo Kart sahibləri sifariş etdikləri kartların şifrələrini (PIN kod) təyin etmək üçün banka gəlməli, ya da bankomat axtarmalı olmayacaqlar.

PIN SET web xidməti vasitəsi ilə yeni kart müştəriləri onlayn formada bu yenilikdən faydalana biləcəklər. Xidmətdən istifadə çox rahatdır. Bunun üçün xidmət səhifəsinə daxil olub aşağıdakı addımlardan keçmək lazımdır.

  • Xidmət səhifəsində kart nömrəsini, bitmə müddətini və CVV kodunu qeyd etmək
  • Karta bağlı olan mobil nömrənizə SMS-lə gələn kodu səhifəyə daxil etmək  

Sizə gələn kod təhlükəsizlik baxımından şifrəli olacaq. Məsələn, SMS-lə 981***0*0 kodu gəlibsə və təyin etmək istədiyiniz PIN 5555-dirsə, saytdakı xanaya 981555050 yazmaq lazım olacaq. Yəni, sizə gələn kodun ulduzlu xanalarına təyin etmək istədiyiniz şifrənin rəqəmlərini yazmaq lazımdır. Qeyd edək ki, xidmət ödənişsizdir.

Yelo Bankın təqdim etdiyi kartlar ilə üstünlüklərdən yararlanmaq üçün online sifariş xidmətimizdən istifadə edə bilərsiniz.

Yelo Kartlar haqqında ətraflı məlumat üçün - https://bit.ly/yelo-kart

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram  hesablarımıza yazın cavablandıraq!

Yelo Bank – Parlaq bankçılıq

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department