Hadisə

Paris olimpiadası üçün xərclənəcək pulun həcmi açıqlandı

2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının təşkilinə təxminən 7,1 milyard avro xərclənəcək.

"BFM Business" yazır ki, bu məbləğ köhnə idman obyektlərinin yaxşılaşdırılması və yenilərin tikintisi üçün nəzərdə tutulub.

Səlahiyyətli nümayəndələr 2016-cı ildə təqdim etdikləri planda məbləği 6,5 milyard avro göstəriblər. Müşahidəçilər rəqəmin arta biləcəyini istisna etmir.

Xərclərin müəyyən hissəsi özəl investisiyalar hesabına qarşılanacaq. Bunun 1,2 milyardı Beynəlxalq Olimpiya Komitəsi tərəfindən ödəniləcək.

Paris Yay Olimpiya Oyunları 26 iyul - 11 avqustda olacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)