Vakansiyalar

PASHA Bank işçilər axtarır - VAKANSİYA

Biznes İnnovasiyaları üzrə Koordinator

“PAŞA Bank” ASC olaraq Biznes İnnovasiyaları üzrə Koordinator kimi Sizi komandamıza dəvət edirik.

Bizimlə Siz əldə edəcəksiniz:

• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu

İşiniz nədən ibarətdir?

• Pilot / Konsepsiya və ya təcrübə ilə bağlı istiqamət təyin etmək üçün biznes seqmenti rəhbərləri ilə müzakirələrin asanlaşdırılması;
• Pilot / Konsepsiya fəaliyyətlərinin planını təyin etmək üçün müvafiq şöbələrlə əlaqələndirilmənin təmin edilməsi;
• Pilot / Konsepsiya və ya təcrübə monitorinqi ilə əlaqədar maraqlı tərəfin iş yükünün əlaqələndirilməsinin təmin edilməsi;
• Pilot / Konsepsiya ilə əlaqəli materialların hər hansı bir satın alınması ilə əlaqədar təchizatın təmin edilməsi;
• Aşağıda təsvir olunan məqamların icrasının təmin edilməsi:
o Pilot / Konsepsiya fəaliyyətlərinin təşkilatın geniş və strateji planına uyğun olaraq hazırlanması və icrası;
o Pilot / Konsepsiya monitorinqi və təcrübə fəaliyyətlərinin effektiv şəkildə planlaşdırılması və əlaqələndirilməsi;
o Pilot / Konsepsiyanın qiymətləndirilməsi, məlumat toplama vasitələrinin inkişafı, məlumat toplama vasitələrinə və məlumatların təhlilinə nəzarət;
o Pilot / Konsepsiya və ya təcrübələrin bir hissəsi olaraq kəmiyyət və keyfiyyət məlumatlarının təhlili;
o Müxtəlif hesabatların hazırlanması və müvafiq şöbələrə yönləndirilməsi.

Sizdən nə tələb olunur?

• İş təcrübəsi: Layihə idarəetmə, strategiya, yenilik və startaplarla əlaqəli sahədə minimum 3 il
• Xarici dil: İngilis (yaxşı), Rus (yaxşı)
• Digər : Güclü ünsiyyət, analitik düşüncə, komandada iş, sahibkarlıq və işgüzarlıq bacarıqları

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 22.08.2021-ci il tarixinədək recruitment@pashabank.az ünvanına başlıqda “Biznes İnnovasiyaları üzrə Koordinator” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

***

Biznes İnnovasiyası üzrə Kiçik Satış Təmsilçisi (Junior Sales Agent in Business Innovation)

“PAŞA Bank” ASC olaraq Biznes İnnovasiyası üzrə Kiçik Satış Təmsilçisi kimi Sizi komandamıza dəvət edirik.

Bizimlə Siz əldə edəcəksiniz:

• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu

İşiniz nədən ibarətdir?

• Müxtəlif mənbələrdən potensial müştərilərin axtarışı;
• Yeni müştərilərin cəlbi və mövcud müştərilərin davamlılığının təmin edilməsi;
• Marketinq komandası ilə müştəri cəlbi üzrə cəhdlərin müzakirəsi və proqramların hazırlanması;
• Potensial müştərilərə satış zənglərinin və təqdimat görüşlərinin həyata keçirilməsi;
• Cari müştərilərdən məhsul ilə bağlı gələn sorğuların cavablandırılması;
• Müştəri istək və tələblərinin toplanılması və daxili komanda ilə müzakirəsi;
• Müştəri satışlarının nəticələrinin izlənilməsi;
• Rəqiblərin fəaliyyətinin və bazarın mövcud vəziyyətinin daim izlənilməsi;
• Ən yeni və uyğun satış vasitələrinin analizi və icrası.

Sizdən nə tələb olunur?

Təhsil: Müvafiq sahə üzrə Bakalavr təhsili
İş təcrübəsi: Müvafiq sahədə 3 il
Kompüter bilikləri: MS Office
Xarici dil: səlis Azərbaycan və Rus dili, orta səviyyədə İngilis dili
Digər: Komandada iş, güclü ünsiyyət və təqdimat bacarıqları
Müştəri davamlılığını təmin etmək bacarığı
Məlumat toplama bacarığı

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 22.08.2021-ci il tarixinədək recruitment@pashabank.az ünvanına başlıqda “Biznes İnnovasiyası üzrə Kiçik Satış Təmsilçisi” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

***

Baş Xəzinədar

Vəzifənin məqsədi

- Şöbədə xəzinədar tərəfindən aparılan kassa əməliyyatları üzrə cavabdeh olmaq.

Vəzifə öhdəlikləri

• Günün əvvəli pul saxlanılan yerin açılmasında iştirak etmək
• Tabeçiliyində olan xəzinədarların işinə nəzarət etmək, müəyyən perioddan bir onların işini qiymətləndirmək
• Gün ərzində kassada yaranmış problemləri aradan qaldırmaq və ya aradan qaldırılmasına yardımçı olmaq
• Baş xəzinədarı olduğu şöbənin kassasının nağd pul limitinə nəzarət etmək
• Baş xəzinədarı olduğu şöbənin kassasında limitdən artıq vəsait olduqda Baş kassaya məlumat vermək və artıq vəsaiti Baş xəzinəyə göndərmək
• Xəzinədarların gün ərzində ABS-də müxabirləşdirdiyi əməliyyatları sistemdə təstiqləmək, nəğd pul məxarici sənədlərini yoxlamaq və imzalamaq
• Günün sonu və ya ertəsi gün “Günün sənədləri” qovluğuna tikilmiş sənədlərin tamlığını və düzgünlüyünü yoxlamaq və imzası ilə təsdiqləmək
• Baş xəzinədarı olduğu şöbədə yerləşən ATM AVMQ və Bankın digər avadanlıqlarının limitlərinə nəzarət etmək
• Depozit qutusu olan müştərilərin qutularından istifadə etməsinə köməklik göstərmək
• Yenidən sayma kassasının işinə nəzarət etmək
• Yeni xəzinədarların banka adaptasiya olmasına və bankın daxili təlimatlarını, iş prosesini və ABS-ni mənimsəməsinə kömək etmək
• Günün sonu tabeçiliyində olan xəzinədarlardan qiymətliləri qəbul etmək (həm fiziki həm də sistemlə)
• Günün sonu pul saxlanılan yerin sayılmasında və bağlanılmasında iştirak etmək
• Kassa kitabının aparılması, kassa üzrə bütün hesabatların hazırlanması
• Müştəri məmnuniyyətinin, habelə kassa işinin fasiləsiz təmin edilməsi məqsədi ilə işçilərin gündəlik fəaliyyətində dəstəyin göstərilməsi
• Avadanlıqların işlək vəziyyətdə olub olmamasına nəzarət edilməsi

Tələb olunan bilik, bacarıq və təcrübə

• Təhsil: İqtisadiyyat sahəsi üzrə bakalavr dərəcəsi
• Tələb olunan iş təcrübəsi: Xəzinə və Bank sahəsində 5 il
• Xarici dillər: Azərbaycan dili (səlis), Rus dili (yaxşı), İnqilis dili (orta)
• Kompüter bilikləri: Word, Excel, Outlook
• Məhsul üzrə biliklər: Bankın nağd vəsaitlər üzrə məhsul xüsusiyyətlərinin bilməsi
• Başqa tələblər: Mərkəzi bankın qaydaları, FlexCube

Vəzifə tələblərinə uyğun gələn namizədlərdən CV-lərini recruitment@pashabank.az ünvanına emailin başlığında “Baş Xəzinədar (Zaqatala)” yazaraq göndərmələri rica edilir.

Yalnız tələblərə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

***

Kiçik ‘Agile Coach’ (Junior Agile Coach)

“PAŞA Bank” ASC olaraq Kiçik ‘Agile Coach’ kimi Sizi komandamıza dəvət edirik.

Bizimlə Siz əldə edəcəksiniz:

• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu

İşiniz nədən ibarətdir?

• Komanda daxilində şəffaf və uyğunlaşan komanda mədəniyyətinin aşılanması;
• Planlaşdırma və idarəçilik kimi proseslərdə məhsul sahibinə tam dəstəyin göstərilməsi;
• Korporativ mədəniyyətə uyğunlaşma üzrə və ya logistik problemlər kimi maneələrin aradan qaldırılmasına dəstək;
• Bütün komanda üzvləri arasında və komanda xaricində ünsiyyət və əməkdaşlığın gücləndirilməsi;
• Komanda və təşkilatın bütün səviyyələrində ‘agile’ prinsip və təcrübəsinin tətbiqi;
• Komanda daxilində özünüinkişaf və komandanın böyüməsinin təmin edilməsi;
• Müzakirələr, məşqçilik və digər müvafiq təlimlər vasitəsilə komandaya ‘agile’ yanaşmasının tətbiqi;
• Komanda üzvlərinin effektiv işləməsi üçün tədbirlərin keçirilməsinin asanlaşdırılması, planlaşdırılması və retrospektiv yanaşmanın tətbiqi.

Sizdən nə tələb olunur?

Təcrübə: ‘Agile’ idarəetmə, ‘agile’ inkişaf, ‘scrum master’ və ya ya müvafiq sahədə 3 il
Xarici dil: Orta səviyyədə ingilis dili
Biliklər: ‘Agile’ metodologiyasının biznesə tətbiqi üzrə biliklər
Digər: Güclü ünsiyyət və öyrətmə bacarıqları
Komandada stresli və mübahisəli halların öncədən təxmin edilməsi və idarəsi
‘Mentor’, təlimçi və ya ‘coach’ bacarıqları
Üstünlük verilir: Məhsul sahibi və ya layihələrin idarəedilməsi sahəsində təcrübə

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 22.08.2021-ci il tarixinədək recruitment@pashabank.az ünvanına başlıqda ‘Kiçik Agile Coach’ qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department