Bank

VTB Bank işçi axtarır - VAKANSİYA

“Rəqəmsal bank” layihə ofisinin aparıcı /Baş mütəxəssisi

TƏLƏBLƏR:

o Maliyyə/Bank işi, Reklam/Marketinq sahəsində ali təhsil;
o banklarda, maliyyə təşkilatlarında, iri pərakəndə satış sahələrində iş təcrübəsi;
o telekom şirkətlərində, rəqəmsal platformalarda və ya marketpleyslərdə analoji seqmentlər üçün marketinq layihələrini həyata keçirmək təcrübəsi
o rəqəmsal məhsullarla tanışlıq və rəqəmsal məkanda layihələrin həyata keçirilməsi.

FUNKSİYALAR:

o bankın pərakəndə müştəriləri üçün kommunikasiya layihələrində kuratorluq;
o bankın biznesin inkişaf strategiyasına və biznesin taktiki vəzifələrinə uyğun olaraq marketinq planının hazırlanması;
o hədəf məhsul qrupları/seqmenti üzrə bütün kommunikasiya kampaniyaları üçün məqsədləri müəyyən etmək;
o marketinq planına uyğun olaraq kampaniyaların vaxtında və tam işə salınmasını təmin etmək;
o kanalların səmərəliliyinin təhlili (CPA şəbəkələri, SEO optimallaşdırması, Display Ads, CMM, inflüenserlərlə iş və s.);
o seqmentlə iş: seqmentin portreti, həyat tsiklini idarəetmə proqramlarının, həmçinin aktivasiya strategiyalarının hazırlanmasında və həyata keçirilməsində iştirak;
o kommunikasiya kampaniyalarının monitorinqi və səmərəliliyinin təmin edilməsi, hədəf seqmentləri ilə yeni yanaşmalar və kommunikasiya formatları üzrə təkliflərin formalaşdırılması;
o satış qıfının idarə edilməsi və optimal müştəri marşrutunun qurulması;
o məhsul və xidmətlər üzrə bazar təcrübələrini araşdırmaq, onların istehlakçı davranışlarında ehtiyacları müəyyən etmək və əsas prioritetlərin və meylləri aşkara çıxarmaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department