Mərkəzi Bankın valyuta ehtiyatları artdı
Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.
ENA.az Mərkəzi Banka istinadla xəbər verir ki, AMB-nin valyuta ehtiyatları avqustun 1-nə 6 milyard 496.5 milyon ABŞ dolları olub. Bu göstərici ötən ayın eyni dövrü ilə müqayisədə 41.2 milyon dollar (0.63%) çoxdur.