Rusiyanın valyuta ehtiyatları bir həftəyə 3 milyard dollar azalıb
Rusiyanın valyuta ehtiyatları 16-23 iyul həftəsində 2,9 milyard ABŞ dolları və yaxud 0,5% azalaraq 597,4 milyard dollardan 594,5 milyard dollara düşüb.
ENA.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Bankından (Mərkəzi Bank) bildirilib.
Məlumata görə, valyuta ehtiyatları yenidən mənfi qiymətləndirmənin təsiri altında azalıb və büdcə qaydası çərçivəsində xarici valyuta alınması üçün kompensasiya edilib.
Xatırladaq ki, Rusiya Bankının valyuta ehtiyatları üzrə hədəf səviyyəsi 500 milyard dollardır.