"Turanbank"ın gəlirləri 6 dəfə azalıb - HESABAT
“TuranBank”ın aktivləri 2021-ci ilin I yarısında 9,3% artaraq 602 milyon 953 milyon manata yüksəlib. ENA.az xəbər verir ki, aktivlərin 62%-i kredit portfelinin payına düşür.
Hesabata əsasən, kredit portfeli 373 milyon 263 milyon manatdır, 2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə bu, 6,3% artım deməkdir.
Bankın öhdəlikləri 9,7% artaraq 517,033 milyon manat təşkil edib. Bankın depozit portfeli 6,1% böyüyərək 297,457 milyon manat olub. Fiziki şəxslərin əmanətlərinin həcmi 222,242 milyon manata çatıb ki, bu da ötən 6 ayda 3,9% artım deməkdir.
İyunun sonuna “TuranBank”ın kapitalı 6,8% artaraq 85,919 milyon manata çatıb. Nizamnamə kapitalı isə 6,7% artaraq 80,005 milyon manata bərabərdir.
Hesabat dövrünün yekunları üzrə bankın xalis mənfəəti 185 min manat təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 83,4% azdır. Yanvar-iyun aylarında “Turan Bank”ın gəlirləri 21,759 milyon manat olub ki, bu, illik müqayisədə 8,6% çoxdur. Xərcləri 13,9% çoxalaraq 21,261 milyon manat, xüsusi ehtiyatlara ayırmaları 312 min manat təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
“TuranBank” 1992-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Səhmdarları 29 hüquqi və fiziki şəxsdir.