Bağlanan bankın daşınmaz əmlakı hərraca çıxarılıb
“Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun balansında olan daşınmaz əmlak açıq hərraca çıxarılıb.
ENA.az xəbər verir ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 87 nömrəli 4 mərtəbəli binanın 1-ci mərtəbəsində və 1 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 259.7 kv.m qeyri-yaşayış sahəsi satışa çıxarılacaq. Daşınmaz əmlakın ilkin satış qiyməti 1 560 000 manatdır.
Açıqlamada, əmlakın 21 iyun 2021-ci il tarixində keçirilən hərracı baş tutmadığından 22 iyul 2021-ci il tarixində saat 11:00-da təkrar hərracı keçiriləcəyi qeyd edilir.
Bildirilir ki, satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməli və əmlakın alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına köçürülməlidir.
Qeyd edək ki, ADIF Azərbaycanda bağlanan bankların aktivlərini hərraca çıxarmaq səlahiyyətindədir.