Elm və Texnologiya

“Facebook” kontent müəlliflərinə $1 mlrd. ödəyəcək

“Facebook”un baş direktoru Mark Çukerberq şirkətinin 2022-ci ilə qədər kontentə görə sosial şəbəkə istifadəçilərinə (“Facebook” və “Instagram”) 1 milyard dollar ödəyəcəyini açıqlayıb.

ENA.az xəbər verir ki, bu barədə “CNBC” yazıb.

Bildirildiyi kimi, “Facebook” ilk növbədə “TikTok”la rəqabətə fokuslanıb. Bunun çərçivəsində Mark Çukerberqin şirkəti platformalarına daha çox influyensir cəlb etməyi planlaşdırır.

Şirkət ilin sonuna qədər bonus proqramlarını işə salacaq. Bu cür bonuslardan biri “Reels” xidməti olacaq. Xatırladaq ki, “Reels” 2020-ci ildə “Instagram”da işə salınıb və “TikTok”un analoqu sayılır.

İyunun sonunda “Facebook”un kapitallaşması 1 trilyon dolları keçib.Şirkətin səhmləri 4.18% artaraq 355.64 dollar səviyyəsinə çatıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)