Dövlətdən pul alan din xadimlərinin sayı açıqlanıb
“Azərbaycanın hər bir bölgəsində fəaliyyət göstərən və Qafqaz Müsəlmanları İdarəsinin rəsmi təyin etdiyi 1060-dan çox din xadiminə hər ay maddi dəstək göstərilir”.
"BI" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, maddi dəstək Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən verilir.
M.Qurbanlı vurğulayıb ki, Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrdə ölkədə cəmi 17 məscid vardısa, bu gün onların sayı 2250-dən çoxdur: “Eyni zamanda, ölkə ərazisində 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Ölkəmizdə 877-si İslam, 32-i isə qeyri-islam (xristian - 21; yəhudi - 8; bəhai - 2; krişna - 1) olmaqla 909 dini qurum qeydiyyatdan keçib”.