MALİYYƏ

Bu ilin I yarısında vergi daxilolmaları üzrə proqnoz 124% yerinə yetirilib

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları 4 342 milyon manat təşkil edib.

ENA.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilr ki, daxilolmalar üzrə proqnoz 124,4% yerinə yetirilib.

O cümlədən qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 3 183,9 milyon manat olub və proqnozdan əlavə büdcəyə 498,8 milyon manat ödənilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)