Tehran-İstanbul reysi - LƏĞV EDİLDİ
![](https://ena.az/uploads/news/2018-12/_businessinsider_061c3ac63e60b769655736602_o.jpg)
"İranAir" Hava Yolları Şirkətinin Tehran-İstanbul reysinin gecikməsi və sonda ləğv edilməsi 150 sərnişinin çətin vəziyyətdə qoyub.
"BI" xəbər verir ki, bu gun səhər proqrama əsasən "İranAir" təyyarəsi 719 nömrəli reyslə saat 5:30-da Tehrandan İstanbula uçmalı imiş.
Uçuşun üç saat gecikmə ilə saat 8:00-da baş tutacağı elan olunsa da, sonradan Hava Yolları Şirkətinin rəsmiləri təyyarə olmadığına görə bunun baş tutmayacağını bildiriblər.