“Finca Azərbaycan”nın rəhbərliyində daha bir dəyişiklik olub
“Finca Azərbaycan” Bank Olmayan Kredit Təşkilatı MMC-nin rəhbərliyindəki dəyişikliyin ardından İdarə Heyətində də yeniliklər olmaqdadır.
ENA.az xəbər verir ki, Nurməmmədov Zaur İnqilab oğlu BOKT-un İdarə Heyətinin yeni üzvü təyin edilib. Bununla da İdarə Heyəti, bir sədr və iki üzvdən ibarətdir. Z.Nurməmmədov, 2019-cu ilin martından bu günə qədər “Finca Azərbaycan”da Marketinq və əməliyyat üzrə menecer idi.
Digər dəyişiklik isə baş mühasibin dəyişikliyi ilə bağlıdır. Əsgərov Ramil Əlövsəd oğlu vəzifəsindən uzaqlaşdırılır, onun yerinə Baxşəliyev Mehdi İsgəndər oğlu təyin ediləcək.
“Finca Azərbaycan”ın Müşahidə Şurasının sədri dəyişib. Zar Wardak, Florin Lila-nı əvəz etmişdi.