Bank

Banklara satılan dolların həcmi artdı- HƏRRAC

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun iştirakı ilə keçirdiyi valyuta hərracında banklara 53,4 milyon dollar satıb.

İyulun 8-də keçirilən hərracda banklara 45,3 milyon dollar məbləğində xarici valyuta satılmışdı.

“Hərracda tələb 53,4 milyon dollar təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB məlumat açıqlayıb. 

Qeyd edək ki, AMB 2017-ci il yanvarın 12-dən etibarən bu formatda hərrac mexanizmini tətbiq edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)