MALİYYƏ

Dövlət büdcəsinin tərtibi və icrası qaydaları dəyişdi - QƏRAR

“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”na dəyişiklik edilib.

"BI" xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın 6.4-cü bəndi (dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirləri və onun kəsirinin maliyyələşdirilməsi üzrə faktiki daxilolmalar cari ilin ilk 6 ayının nəticəsinə görə müəyyən olunmuş göstəricilərdən 30 faiz az olduqda və ilin sonunadək yuxarıda göstərilənləri aradan qaldırılması barədə Nazirlər Kabineti, İqtisadiyyat və Sənaye Nazirliyi və Maliyyə Nazirliyi tərəfindən əsaslandırılmış təklif olmadıqda, Nazirlər Kabineti sentyabrın 15-dən gec olmayaraq dövlət büdcəsinə yenidən baxılaraq, sekvestr tətbiq olunması təklifi ilə Azərbaycan Respublikasının Prezidentinə müraciət edir) ləğv olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)