Sığorta

Azərbaycanda 9 sığorta şirkətinin ödənişləri artıb

Bu ilin yanvar-noyabr aylarının yekunlarına görə, Azərbaycandakı 21 sığorta şirkətindən 9-nun ödənişləri illik müqayisədə artıb, 12-nin ödənişləri azalıb.

"BI” xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "Qala Sığorta" ASC-dir. Bu şirkət hesabat dövründə 1,782 milyon  manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 5,6 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “PAŞA Sığorta"dır. Bu şirkətin ödənişləri ötən 11 ayda 47,32 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 12,8% çoxdur.

Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "A-Qrup Sığorta" ASC-dədir. Bu şirkət 11 ay ərzində 7,074 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 1% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "Atəşgah Həyat Sığorta" ASC-dədir. Bu şirkətin ödənişləri 67,1% azalaraq 14,275 milyon manata düşüb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)