Sosial iqtisadiyyat

Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin görüşünə hazırlıq gedir

Türkmənistanın xarici işlər naziri Rəşid Meredov azərbaycanlı həmkarı Ceyhun Bayramovla ən yüksək siyasi səviyyədə əldə edilmiş razılaşmaların icrasını müzakirə edib.

Diplomatlar Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin bu il keçirilməsi planlaşdırılan üçtərəfli görüşünün əhəmiyyətini vurğulayıblar.

Rəşid Meredov və Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu arasında baş tutmuş telefon danışığı zamanı da Azərbaycan, Türkmənistan və Türkiyə dövlət başçılarının görüşünün vacibliyi qeyd olunub.

Bundan başqa, nazirlər Türkiyə prezidentinin Türkmənistana səfərinin hazırlıq məsələlərinə də diqqət ayırıblar.

Qeyd edək ki, Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin görüşü zamanı bir sıra razılaşmaların imzalanacağı gözlənilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)