Neftin qiyməti 77 dolları ötüb
Dünya birjalarında neftin qiyməti artıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 1,55 ABŞ dolları və ya 2,06 % artaraq 76,71 dollar təşkil edib.
ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,34 dollar və ya 0,44 % artaraq 77,50 dollar təşkil edib.