Ötən il SOCAR rəhbərliyində çalışanların hər birinə ortalama 106 min manat düşüb
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin top menecmentinə ödənilən bonuslar açıqlanıb.
ENA.az xəbər verir ki, 2020-ci il ərzində prezident və 12 vitse-prezidentlərə ümumilikdə 1 378 min manat (1.38 mln. manat) ödəniş edilib. Bu da 2018-ci ildə 1 282 min manat, 2019-ci ildə isə 1 404 min manat idi.
Qeyd edək ki, 2019-cu illə müqayisədə 28 min manat, yaxud 2% azalıb.
Hər bir şəxsə isə ortalama 106 min manat bonus alıblar.