Gün işığı koronavirusun hissəciklərini məhv edir

Ultrabənövşəyi şüalar COVID-19 virusunun hissəciklərini 5 dəqiqə ərzində iflic edə bilər.
ENA.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Arizona Universitetinin professoru Georq Vondrakın rəhbərlik etdiyi mütəxəssislər qrupu tərəfindən aparılmış tədqiqatın nəticələrindən bəhs edən məqalədə bildirilir.
Mütəxəssislər ultrabənövşəyi şüalar altında SARS-Cov-2 və Hcov-NL63 koronaviruslarının hüceyrələrə zərər verə biləcək hissəciklərinin 5 dəqiqə ərzində 98 faiz zəifləməsinə, 20 dəqiqə ərzində isə tam iflic olmasına şahid olublar. Həm güclü, həm də zəif gün işığında bənzər nəticələr əldə edilib.