Rusiyalı milyarderlər “kasıbladı”, Vahid Ələkbərov “varlandı”
Rusiyanın ən zəngin insanlarının ümumi sərvəti 225 milyard dollara qədər azalıb. Təkcə 2018-ci il ərzində bu göstərici 2% aşağı düşüb.
"BI" “Lenta.ru”ya istinadən xəbər verir ki, bu haqda “Bloomberg” məlumat yayıb.
Agentlik qeyd edir ki, ən varlı Rusiya vətəndaşlarının siyahısında yer alan 25 nəfərdən, 16-ı geridə qoymaqda olduğumuz ildə ziyan görüb.
2018-ci ildə ən çox uğursuzluğa düçar olan biznesmen Oleq Deripaskidir: ABŞ-ın “qara siyahısına” düşdükdən sonra onun aktivləri 5,7 milyard dollar azalıb.
“Bloomberg” nəşri geriləməyə təsir edən əsas faktorlar kimi, neft qiymətləri, Ukrayna ilə münasibətlərin gərginləşməsi, Rusiyaya qarşı sanksiyalarının genişlənməsini göstərib.
Siyahıda yer alan bəzi biznesmenlər , o cümlədən Leonid Mixelsen, Qenadiy Timçenko və əslən azərbaycanlı iş adamı Vahid Ələkbərov isə əksinə 9 milyard dollara yaxın qazanc əldə edib.
Dünya miqyasında isə ən zəngin 500 insanın ümumi aktivləri 511 milyard dollar azalıb.
Asiyalı milyarderlər arasında ən çox ziyan görən “Wanda Group” şirkətlər qrupunun sahibi Van Szyanlin (11,1 milyard dollar azalıb) olub. Avropa İttifaqından olan bir çox milyarderlərində gəlirlərində azalma qeydə alınıb.