İnşaat və əmlak

Sektor müdiri: “Bakının baş planının yaxın zamanlarda təsdiqlənməsi gözlənilir”

“Bakı şəhərinin baş planı ilə bağlı layihə hazırda yekunlaşma mərhələsindədir və yaxın zamanlarda təsdiqlənməsi gözlənilir”.

ENA.az xəbər verir ki, bunu Dövlət Arxitektura Komitəsi yanında Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli “Ekspert saatı”nda deyib.

O qeyd edib ki, paytaxtda yaşıllıq sahələrinin daha da artırılması nəzərdə tutulur: “Bulvar zolağının Bibiheybətə qədər uzadılması prosesinin davam etdirilməsi də layihədə yer alıb”.

A.Əkbərli bildirib ki, əhalinin artımı yaşıllıq zonalarının istasmar olunması ilə müəyyən problemlər yaradır: “Hazırda normala görə adambaşına düşən yaşıllıq 8 kvadmetr olmalıdır, lakin bunu görmürük. Yeni layihədə bu hədəfə nail olmaq planlaşdırılır. Hətta bu göstəricinin 10 %-ə çatdırılmasını düşünürük”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department