Sosial iqtisadiyyat

“Android” smartfonlarında “Google” tətbiqinin işində problem yaranıb

“Android” əməliyyat sistemi ilə çalışan smartfonlarda “Google” tətbiqinin işində problemlər yaranıb.

ENA.az xəbər verir ki, problemlə həm Azərbaycanda, digər ölkələrdə yaşayan “Android” smartfonlarının istifadəçiləri qarşılaşıb.

Belə ki, bir çox istifadəçi problem haqqında tvitterdə yazıb və telefonun ekranında görünən problem mesajının şəkillərini paylaşıb.

İddialara görə, “Android” smartfonlarında “Google”un işində problemin yaranmasına son yeniləmə səbəb olub.

“Google” şirkəti hələ ki, bununla bağlı rəsmi açıqlama verməyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department