“Azure” biznes mərkəzindən özünü atan şəxs: "Hər şey bura qədərmiş"
Bakıda “Azure” biznes mərkəzində gəncin intihar etdiyi məlum olub.
1999-cu il təvəllüdlü Elvin Məmmədov binanın 15-ci mərtəbəsində yerləşən ofislərin birindən özünü atıb.
O, özünü binadan atmamışdan əvvəl məktub yazıb.
Məktubda qeyd edilir: “Hər şey bura qədərmiş. Həyat bəlkə də çox gözəldir, amma mən yaşamağı bacarmadım. Özünüzə yaxşı baxın. Möhkəm olun, mənə görə pis olmayın. 22 il də bəs edər. Ata, mama, qardaşım, sizi çox istəyirəm”.