Fövqəladə Hallar Nazirliyinə yeni səlahiyyət verildi
Prezident İlham Əliyev “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokolu” üzrə səlahiyyətli orqanın müəyyən edilməsi barədə sərəncam imzalayıb.
ENA.az xəbər verir ki, sərəncama əsasən 2011-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokolu” üzrə Azərbaycan tərəfindən səlahiyyətli orqan Azərbaycan Fövqəladə Hallar Nazirliyi müəyyən edilir.
Azərbaycan Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokolu” üzrə Azərbaycan tərəfindən səlahiyyətli orqanın müəyyən edilməsi barədə həmin Konvensiyanın Katibliyinə bildiriş göndərəcək.