Neftin qiyməti 75 dollara yaxınlaşır
Dünya birjalarında neftin qiyməti artıb.
"Finans.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,60 ABŞ dolları və ya 0,83 % artaraq 72,72 dollar təşkil edib.
ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,66 dollar və ya 0,89 % artaraq 74,65 dollar təşkil edib.