“Ziraat Bank Azərbaycan”ın Müşahidə Şurası sədri və üzvləri dəyişir
Türkiyə kapitallı “Ziraat Bank Azərbaycan” ASC-nin rəhbəri ilə yanaşı bir sıra inzibatçıları dəyişir.
ENA.az bu barədə Banker.az-a istinadən xəbər verir.
Hazırda bankın Müşahidə Şurasının sədri olan Kuru Bilgehan Sabrini, İlker Met əvəzləyəcək. İlker Met barədə qısaca məlumat verərək bildirmək istərdik ki, o ana bank sayılan “Ziraat Bankası”nda İnsan resursları departamentinin direktorudur.
Digər bir dəyişiklik isə Müşahidə Şurası üzvlərindədir. Demirkıran Tahir Cemil Aydın və Zaffer Mehmet Zeki siyahıdan çıxarılıb, yerinə Altan Güler Kemalettin Bayat seçiləcəkdir.
Banker.az bunun müddətlə əlaqə olduğunu araşdırıb. Belə ki, qanunvericiliyə görə, Bankın Müşahidə Şurası 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. Şuranın üzvləri bankın səhmdarlarının ümumi yığıncağı tərəfindən səhmdarlardan və ya kənar şəxslərdən 3 ildən çox olmayan müddətə təyin edilən fiziki şəxslərdir.
Qaydaya görə, Şuranın üzvləri növbəti müddətlərə yenidən seçilə bilərdilər,lakin göründüyü kimi “Ziraat Bank Azərbaycan”da yeni rəhbər heyətə ehtiyac duyulub.
Səhmdarların ümumi yığıncağı Müşahidə Şurasının üzvləri sırasından Müşahidə Şurasının sədrini təyin edir. Müşahidə Şurası üzvlərinin muzdu bankın bölüşdürülməmiş mənfəətinin faizi şəklində və ya əmək haqqı formasında səhmdarların ümumi yığıncağında təyin edilə bilər.