"Bank VTB Azərbaycan"ın şöbə müdiri və əməkdaşı işdən ayrıldılar
Rusiyanın VTB bankının ölkəmizdəki törəməsi olan "Bank VTB Azərbaycan"ın Marketinq komandasında ciddi dəyişikliklər olub. Bankın Marketinq, Reklam və Xüsusi Layihələr Şöbəsinin müdiri Nigar Kərimova və şöbənin əməkdaşı Gülçin Qədirova öz ərizələri ilə işdən ayrılıblar.
Qeyd edək ki, həm Nigar Kərimova, həm də Gülçin Qədirova uzun müddətdir ki, bu bankda çalışırlar. Nigar Kərimova Rabitəbank-dan "Bank VTB Azərbaycan"a transfer olmuşdu. İşlədikləri sahədə peşəkarlıqları seçilən hər iki xanım may ayının sonundan işdən ayrılıblar. ENA.az-ın sualına cavab olaraq, Gülçin Qədirova işdən ayrıldığını təsdiqləyib və yeni təkliflərə baxdığını bildirib.
Eləcə də bax: VTB Bank Azərbaycan-da YENİ TƏYİNAT