Sosial iqtisadiyyat

Vilayət Eyvazov DYP rəisini işdən çıxarıb

Dövlət Yol Polisində (DYP) növbəti kadr dəyişikliyi olub.

Bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Qaradağ Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi, polis mayoru Vüqar Orucov tutduğu vəzifədən azad olunub.

Nazirin digər əmri ilə, polis polkovnik-leytenantı Rafiq Məmmədov Qaradağ rayon DYP-nin rəisi təyin olunub.

Qeyd edək ki, o, bu təyinatadək Suraxanı DYP-nin rəisi vəzifəsində çalışıb. (Unikal.org)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)