Axtar

Bakıda keçiriləcək "AVRO 2020" oyunlarına biletlərin - QİYMƏTLƏRİ+BOŞ YERLƏR

Son günlər “AVRO-2020” üzrə Bakıda keçiriləcək futbol oyunlarına biletin tapılmaması və “əl qiymətləri” ilə bağlı söhbətlər dolaşır. ENA.az olaraq bu sahədə mövcud vəziyyət, biletlərin qiyməti və boş yerlər barədə məlumatları diqqətinizə çatdırırıq.

iticket.az səhifəsində yerləşdirilən məlumatlara görə, biletlərin qiyməti 3 kateqoriya üzrə formalaşır. Üçüncü kateqoriya 60, ikinci kateqoriya 150, birinci kateqoriya 250 manat təşkil edir.

İyunun 12-də keçiriləcək UELS – İsveçrə görüşü üzrə 60 manatlıq 3045 boş yer, 150 manatlıq 1600 boş yer, 250 manatlıq 794 boş yer qoyublar.

İyunun 16-da keçiriləcək Türkiyə - UELS görüşü üzrə 60 manatlıq 1688 boş yer, 150 manatlıq 1409 boş yer, 250 manatlıq 476 boş yer mövcuddur.

İyunun 20-də keçiriləcək  İsveçrə - Türkiyə görüşü üzrə 60 manatlıq 1959 boş yer, 150 manatlıq 1497 boş yer, 250 manatlıq 317 boş yer vardır.

İyulun 3-də keçiriləcək  ¼ final görüşü üzrə 60 manatlıq 535 boş yer, 150 manatlıq 1061 boş yer, 250 manatlıq 240 boş yer mövcuddur.

Hazırda ən populyar oyun olaraq Türkiyə - UELS görüşü öndədir. Boş yerlərin sayından da göründüyü kimi, azərbaycanlı futbol azarkeşləri türk qardaşlarını dəstəkləmək üçün böyük aktivlik göstərirlər və bu oyunlara bilet alanlar çoxdur.  ¼ final görüşü üzrə bilet alıcıları arasında isə xarici azarkeşlər daha çoxdur.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33