BİZNES

Sabah Bakıda keçiriləcək Qida sərgisinə hər kəs buraxılmayacaq

Sabahdan “Bakı Ekspo Mərkəzi”ndə işə başlayacaq 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - "Caspian Agro 2021" və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - "InterFood Azerbaijan 2021"də müəyyən məhdudiyyətlər tətbiq olunacaq.

Bu barədə sərgi ilə bağlı keçirilən mətbuat konfransında təşkilatçı - "Caspian Event Organisers" şirkətinin baş direktoru Fərid Məmmədov məlumat verib.

Onun sözlərinə görə, sərgilərə yalnız əvvəlcədən caspianagro.az və interfood.az saytlarında qeydiyyatdan keçənlər və dəvətnaməsi olanlar buraxılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)