Elm və Texnologiya

Ceff Bezos iyulun 20-də kosmosa uçacaq

Amerikanın “Amazon” şirkətinin CEO-su və dünyanın ən varlı adamı Ceff Bezos 20 iyulda qardaşı Mark Bezosla kosmosa uçacaq. Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir ki, iş adamı bu barədə öz “Instagram” səhifəsində yazıb.

“Beş yaşımdan kosmosa uçmağı xəyal edirdim. İyulun 20-də bu səyahətimi qardaşımla edəcəyəm”, – deyə “Amazon” rəhbəri yazıb. Bildirildiyi kimi, uçuş “New Shepard” gəmisində reallaşacaq.

Xatırladaq ki, Bezosa məxsus olan “Blue Origin” şirkəti 2018-ci ildə kosmik turistlər üçün sərnişin kapsulunun prototipini təqdim edib. Kabin altı nəfər üçün nəzərdə tutulub və uçuş parametrlərini izləmək üçün monitor və dörd lövhə ilə təchiz edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)