"Yelo Bank"da səhm payı dəyişdi

"Yelo Bank"ın əsas səhmdarı olan Topaz İnvestisiya MMC, 2020-ci ildə bankın kapitalındakı payını 96,02% -ə çatdırıb.
Bankın illik hesabatına görə, 2019-cu ilin sonunda Topaz İnvestisiya şirkətinin "Yelo Bank"ın kapitalındakı payı 95,68% təşkil edib.
Marina Kulishova və LLC ISR Holding-in səhmlərinin enməsi fonunda Topaz İnvestisiya payını artırıb. Beləliklə, son bir ildə Kulışovanın payı 4,22% -dən 3,89% -ə, ISR Holding payı 0,1% -dən 0,09% -ə düşüb.
Xatırladaq ki, 2020-ci ilin sonunda "Yelo Bank"ın nizamnamə kapitalı 8,6% artaraq 378 milyon manata yüksəlib. Bank Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir və Lukoil şirkətinin prezidenti Vahid Ələkbərova məxsusdur.